Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ucqar kənddə çalışan azərbaycanlı müəllim distant təhsili fərqli üsulla əvəz etdi - FOTO

27 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Astaranın Qapıçıməhəllə kəndində çalışan tarix müəllimi Həbib Əlizadə distant təhsilin internet, kompüter-planşet çatışmazlığı səbəbindən mümkün olmadığını görüb, fərqli üsula əl atıb. 

H.Əlizadə bu barədə sosial media hesabında məlumat verib:

“Qapıçıməhəllə kəndində kirayə qaldığım evin bir otağını dərs otağı etdim. Artıq bu həftədən etibarən bütün dərs dediyim siniflərə karantin qaydalarına riayət edərək evdə tarix dərslərinin tədrisinə başladım. Yəni distant şəkildə keçməli olduğum dərslərin müddətini azca da artıraraq evdə keçirəm. Bu dərslərə görə ödəniş alınmır. Onlara izah edirəm ki, bu dərsləri onsuz da keçməli idim.

Beləliklə, şagirdlərimiz üçün bərabər təhsilalmanı təmin etməyə cəhd edirik”.

Oxşar xəbərlər
OTACI