logo
First slide

Sumqayıtda yanğın olub, 1 nəfər zəhərlənib

27 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sumqayıt şəhərində ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 45 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Press.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər
OTACI
OTACI