Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Mançester Yunayted"dən qələbə

26 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.

Press.az xəbər verir ki, "qırmızı şeytanlar" 2-ci turda "Brayton"un qonağı olub. Matç "Mançester Yunayted"in 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Sözügedən görüşdə maraqlı hadisə baş verib. Baş hakim Kris Kavana matçın başa çatdığını bildirsə də, sonda VAR-a (Video Köməkçi Hakim) baxmağa qərar verib və meydan sahiblərinin qapısına penalti təyin olunub. Brunu Fernandeş penaltini düzgün yerinə yetirərək komandasına qələbə qazandırıb.

"Brayton" - "Mançester Yunayted" - 2:3

Qollar: Maupay, 40-pen (1:0), Dank, 43-avtoqol (1:1), Reşford, 55 (1:2), Març, 90+5 (2:2), Fernandeş, 90+10-pen (2:3)

Bununla da Mançester təmsilçisi bu mövsüm ölkə çempionatında ilk qələbəsini qazanıb. Komanda hazırda 3 xalla 13-cüdür.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI