Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hakerlər Rusiyanın COVID-19 peyvəndi hazırlanan qurumuna hücum ediblər

26 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq bildirib ki, quruma bir neçə ay bundan əvvəl haker hücumları olub.

Bu barədə A.Gintsburq Nailə Əsgərzadənin “Rossiya 1” telekanalında yayımlanan “Təhlükəli virus. Peyvəndlər” filmində danışıb.

Onun sözlərinə görə, haker hücumları qurumda koronavirusa qarşı peyvənd hazırlanması işləri aparılarkən baş tutub.

“Mən informasiya texnologiyaları mütəxəssisi deyiləm, buna görə də hücumların məqsədini peşəkar şəkildə mühakimə etməyəcəyəm. Ancaq bizim işçlərin kompüterlərinə giriş üçün həqiqətən cəhdlər olub”, - deyə A.Gintsburq bildirib.

Oxşar xəbərlər
OTACI