Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirusla bağlı daha bir yalan: Uşaqlar üçün təhlükəsizdirmi? – HƏKİM RƏYİ

26 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yeni tədris ili başlayandan bu günə qədər 144 şagird, 49 məktəb heyətində koronavirus aşkarlanıb.

Məktəblilər arasında yoluxma sayı hər keçən gün artsa da, dərslərin ənənəvi qaydada keçirilməsini istəyənlər kifayət qədərdir. Buna səbəb kimi isə uşaqların xəstəliyi yüngül və çox vaxt simptomsuz keçirdiyi göstərilir.

Maraqlıdır, dərslərin əvvəlki qaydaya keçirilməsi indiki halda doğrudurumu? Bütün uşaqlar koronavirusu yüngül keçirir?

Bu suallar ətrafında Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev bəzi uşaqların koronavirusu ağır keçirə biləcəyini deyir:

"Çoxu deyir ki, uşaqlar koronavirusu yüngül keçirir və onların xəstələnməsində heç bir problem yoxdur. Doğrudur, uşaqlar bu xəstəliyi yüngül keçirir, amma bunu bütün uşaqlara aid etmək olmaz. Belə ki, yanaşı xəstəlikləri olanlar - xüsusilə ürəyində qüsur, böyrəyində xroniki xəstəlik, immun sistemində problemləri olan uşaqlar koronavirusa yoluxsa xəstəliyi ağır keçirəcək.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, koronavirusa yoluxan amma simptomlarını hiss etməyən şəxslər ciddi yoluxdurucu hesab edilmir. Amma simptomları yüngül də olsa hiss edən uşaq evdə ailə üzvlərini xəstəliyə yoluxdura bilər”.

A.Əliyev dərslərin ənənəvi qaydaya keçirilməsinin ciddi fəsadlar yarada biləcəyini qeyd edib.

"İndi belə bir tendensiya yaranıb ki, hətta həkimlər belə bütün məktəblərin açılması fikri ilə razılaşır. Amma mən bununla razı deyiləm. Bütün siniflər üzrə dərslərin bərpası tədricən, növbəli şəkildə olmalıdır.

Bütün siniflər üzrə dərslər ənənəvi qaydada keçirilsə onda biz yoluxmanın artmasının qarşısını almaqda aciz qalacağıq. Hər şeydən əvvəl onu düşünmək lazımdır ki, bizdə xəstəxanalar, çarpayı sayı artan xəstə sayının qarşılayaca biləcəkmi?

Yəni bu baxımdan düşünülmüş qərar vermək lazımdır. İndi vaksin hazır deyil ki, riskə gedək”.

Sfera.az

Oxşar xəbərlər
OTACI