Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Hər dəfə çempionata eyni səviyyədə başlamaq olmaz” - Qurban Qurbanov

25 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Maraqlı oyun oldu. Sonda xal qazana bildik. Hələ "Sabah"la oyunda bilmişdim ki, çempionat gərgin keçəcək. Rəqibi yaxşı oyun münasibətilə təbrik edirəm. Oktyabrın 1-də bizi vacib oyun gözləyir".

Press.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının 4-cü tur matçından sonra mətbuat konfransında deyib.

O bildirib ki, gedişat baxımından nəticə qənaətbəxşdir. Qurbanov hər iki topu əks-hücumdan sonra cinah ötürmələrindən buraxdıqlarını söyləyib. O, hər şeyin zərgər dəqiqliyi ilə yerinə yetirildiyini bildirib.

Baş məşqçi Polşa "Legiya"sı barədə də danışıb: "Legiya"nın baş məşqçisi dəyişib. İndi daha aqressiv oynayırlar. Cinah oyunçuları rəqib imkan verdikdə fəallaşırlar".

Q.Qurbanov Xayme Romeronun Türkiyənin İstanbul şəhərindən yeni qayıtdığını və oyuna hazır olmayacağını bildirib. O, Abdullah Zubir və Mahir Emrelinin nisbətən yaxşı vəziyyətdə olduqlarını söyləyib.

Ardıcıl 4 matçdır qələbə qazana bilməmələrinə də toxunan Qurbanov gələcəkdə işlərinin daha çətin olacağını vurğulayıb: "Vəziyyəti, sponsorları, sabah necə olacağını nəzərə almalıyıq. 3-4 perspektivli futbolçumuz var. Onların təcrübələrinin artması mənim üçün çox önəmlidir. Məncə, yaxşı komandamız var və uğurlu nəticə əldə etməyə qadirik".

Uroş Matiçin oyunundan razı qaldığını söyləyən baş məşqçi Azərbaycan çempionatında ustalıq səviyyəsi daha çox olan oyunçulara xeyli ehtiyac duyulduğunu diqqətə çatdırıb. O, "Legiya" ilə oyunadək yeni hücumçu alınma ehtimalının olmadığını söyləyib.

Komandada çoxlu dəyişikliyin baş verməsinə də diqqət çəkən təcrübəli mütəxəssisin sözlərinə görə, əvvəllər iki bərabər səviyyəli heyətə malik olublar: "Hər dəfə çempionata eyni səviyyədə başlamaq olmaz. Amma yenə də öz səviyyəmizi qorumağa çalışırıq. Öz işimizi düzgün və səbrlə görərək, yuxarı yerlərdə qalmaq niyyətindəyik. Aleks Ferqyusonun bir sözü var: "Komandanın hansı səviyyədə olmasını mövsümün sonunda biləcəyik".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI