Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirusla bağlı sürətli test yaradılıb

25 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bosch” şirkəti koronavirus yoluxmasını cəmi 39 dəqiqəyə göstərən yeni bir avtomatik test sistemini ərsəyə gətirib.

Hazırda PCR testlərinin ən sürətli variantı olan yeni sistem hava limanlarında, həmçinin avtomobil yollarının texniki xidmət stansiyaları ilə bağlı mobil test mərkəzlərində istifadə olunacaq.

Almaniyanın “R-Biopharm” biotexnoloji şirkətilə birgə hazırlanmış yeni test həm sürətli cavab verir, həm də istifadə baxımdan sadədir. Belə ki, cihaza taxılan test katriclərindən hər biri eyni vaxtda 5 nümunəni yoxlayır, müayinənin dəqiqliyi isə 98 faizdir.

İlin sonunadək yeni testlərin istehsalını 1 milyona çatdırmaq nəzərdə tutulur.

Report

Oxşar xəbərlər
OTACI