Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda bəzi hotellər fəaliyyət göstərmir - SƏBƏB

25 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün xarici turistlər olmadığından Bakıdakı hotellərdə doluluq səviyyəsi aşağıdır, bu səbəbdən hətta bir sıra hotellər fəaliyyət göstərmirlər.

Press.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, həftə sonlarında insanlar daha çox ölkənin regionlarında fəaliyyət göstərən turizm obyektlərinə gedirlər: “Təbii ki, insanların daha çox getdiyi turizm obyektlərində pandemiyaya qarşı mübarizə tədbirləri ilə bağlı təlimatların icrasında uyğunsuzluqlar daha çox olur. Ona görə də ümumilikdə demək olmaz ki, regionlardakı hotellərdə bu uyğunsuzluqlar daha çoxdur. Vətəndaş sıxlığının yaranması, tibbi maskalardan istifadə regionlar üçün daha xarakterikdir”.

E.Mikayılov qeyd edib ki, hotellərin çoxunda artıq təkrar monitorinqlər keçirilib. Təkrar həyata keçirilən bu monitorinqlər hesabına böyük turizm obyektlərinin əksəriyyəti ümumi vacib tələbləri yerinə yetirirlər.

Oxşar xəbərlər
OTACI