Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda polis yeniyetmənin zorlanması faktını araşdırır - pedofillikdə şübhəli bilinən şəxs tutuldu

24 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının Nəsimi Rayon 21-ci Polis Bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində pedofillikdə ittiham olunan S.A.-nı tutublar.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hələlik həmin şəxsin 14 yaşlı oğlanla cinsi əlaqədə olduğu məlumdur.

Bildirilib ki, hadisə sentyabrın 4-ü günorta törədilib, ancaq yeniyetmə 20 gün sonra bu barədə anasına danışıb. Anası polisə xəbər verib.

Cinayətin hansı şəraitdə baş verdiyi məlum deyil. Ancaq qadın ifadəsində bildirib ki, oğlu sərxoş olduğundan təcavüzkara müqavimət göstərə bilməyib.

Hazırda polis faktı araşdırır, cinayət işinin başladılması üçün materiallar hazırlanır.

Oxu.az

Oxşar xəbərlər
OTACI