Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Plan yerləri dolan universitetlər açıqlandı - RƏSMİ

24 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu il qəbul imtahanlarında plan yeri dolan ali təhsil müəssisələrinin adları açıqlanıb.

Press.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. 

Onun sözlərinə görə, bu il Bakı Ali Neft Məktəbi və Dövlət Gömrük Komitəsinin Akademiyasında plan yerləri 100 faiz dolub:

“Azərbaycan Milli Konservatoriyasında plan yeri 98 faiz, Azərbaycan Dillər Universitetində plan yeri 95 faiz, Bakı Dövlət Universitetində plan yeri 93 faiz dolub. Bunlar çox yüksək göstəricilərdir”.

DİM sədri qəbul planı ən aşağı faizlə dolan universitetlərdən də danışıb:

“Azərbaycan Kooperasiya Universitetində plan yeri 62 faiz dolma var, Azərbaycan Əmək və Sosial Akademiyası da aşağı faizlə dolan universitetlər sırasındadır. Bu il kifayət qədər subbakalavr ali məktəblərə qəbul olunub. Ən çox subbakalavr Texnologiya Universitetinə qəbul olunub, ki, bu da 36 faiz təşkil edib. Bakı Biznes Universitetində isə plan yeri 53 faiz olub”.

Oxşar xəbərlər
OTACI