Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qazaxıstanda ölüm hökmü ləğv edildi

24 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qazaxıstan beynəlxalq protokollara qoşularaq ölüm hökmünü ləğv edib.

“Sputnik Kazaxıstan” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazriliyi bəyanat yayıb.

Bildirilib ki, Qazaxıstanın BMT-nin mənzil-qərargahındakı daimi nümayəndəsi Kayrat Umarov ölüm hökmünün ləğvi barədə ikinici protokolu imzalayıb.

Qeyd edək ki, Qazaxıstan 2003-cü ildən ölüm hökmünə müddətsiz moratorium qoymuşdu. 2004-cü ildən başlayaraq bu hökm ömürlük azadlıqdan məhrumetmə cəza ilə əvəzələnib.

Hazırda Qazaxıstanda barəsində ölüm hökmü çıxarılan 1 nəfər var. “Almatı atıcısı” olaraq tanınan Ruslan Kulekbayev 2016-cı ildə 10 nəfəri güllələyərək öldürmüşdü.

Oxşar xəbərlər
OTACI