Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu il nə qədər abonent yeni sayğacla təchiz edilib? - AÇIQLAMA

24 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərişıq” ASC üzrə son 5 il ərzində texniki itki səviyyəsi 5 faiz azalıb.

Press.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Mustafayev məlumat verib.

“2015-ci ildə “Azərişıq” ASC yaradılanadək şirkətdə elektrik enerjisi üzrə texniki itki 13,9% təşkil edib ki, 2016-cı ildə bu rəqəm 10%-ə, 2017-ci ildə 9,9%-ə, 2018-ci ildə 9,8%-ə, 2019-cu ildə isə 9,7%-ə qədər azaldılıb. 2020-ci il üzrə texniki itki göstəricisinin 0,8% azaldılmaqla 8,9%-dək azaldılması proqnozlaşdırılıb”, - deyə o bildirib.

V.Mustafayev onu da əlavə edib ki, bu gün “Azərişıq” ASC texniki itkilərin azaldılması, uçot sisteminin təkmilləşdirilməsi, habelə dayanıqlı elektrik təchizat sisteminin təmin olunması üçün zəruri texniki tədbirləri davam etdirir:

“Bu məqsədlə elektrik şəbəkələrində əsaslı yenidənqurma işləri aparılır, ağac dayaqlar yeni dəmir-beton dayaqlarla əvəz olunur, eləcə də  uçot sistemi təzələnərək sayğaclar yenilənir. 2015-2020-ci illər ərzində, ümumilikdə 1 milyon 300 minə yaxın abunəçi yeni sayğaclarla təchiz edilib ki, bunun da 1 milyon 157 mini əhali, 142,3 mini isə qeyri-əhali abonentərinə aid uçot nöqtələri təşkil edib.

2020-ci ilin 8 ayında isə ümumilikdə 151 min abonent yeni sayğacla təchiz edilib və bunun da 142,8 mini əhali, 8 237-si isə qeyri-əhali abonentlərinə aiddir. 2019-cu ilin 8 ayı ərzində texniki itki səviyyəsi 9,7%, 2020-ci ilin 8 ayında isə bu göstərici 0,7% azalaraq 9%-ə endirilib. Ümumilikdə, “Azərişıq” ASC  üzrə son 5 il ərzində texniki itki səviyyəsinin 5% azalmasına nail olunub”.

“Eyni zamanda “Azərişıq” ASC tərəfindən respublikanın bütün kənd və qəsəbələrində elektrik enerjisi sisteminin yenidən qurulması ilə bağlı genişmiqyaslı işlər həyata keçirilir. Son 5 ildə 500-dən çox kənd və qəsəbələrdə, cari ilin 8 ayında isə 50-dən çox inzibati ərazi vahidliklərində (0,4 kV-luq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq, ümumilikdə yüz minlərlə istehlakçının 24 saat ərzində dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı tam təmin olunub”, - deyə o, qeyd edib.

Oxşar xəbərlər
OTACI