Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanın artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib

23 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin  döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun Raket və Artilleriya birləşmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib.

Bu barədə Press.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərin məqsədi artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, peşəkarlığın artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkilidir.

Cəmləşmə rayonlarına çıxarılan artilleriya bölmələri döyüş atışlarını yerinə yetirmək üçün atəş mövqelərini tutublar.

Raket və artilleriya qoşunlarının müxtəlif bölmələri təlimin senarisinə uyğun olaraq ehtiyat mövqelərə yerdəyişmə etdikdən sonra döyüş atışları icra edərək şərti düşmən hədəflərini məhv edib.

Oxşar xəbərlər
OTACI