Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Siyəzən və Tərtər sakinlərindən silah götürüldü

23 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Siyəzən və Tərtər sakinlərində silah aşkarlanılıb.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Quba Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən rayon sakini A.Cəlilovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb. 

Bundan başqa, Tərtər RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Evoğlu kənd sakini E.Quliyevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Oxşar xəbərlər
OTACI