Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gömrükçülər siqaret müsadirə edib

23 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gömrük əməkdaşları iki fakt üzrə tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Xidmətindən Press.az-a verilən məlumatda bildirilir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "DAF" markalı yük avtomobilləri saxlanılıb.

Sorğu-sual zamanı hər iki vətəndaş həmin nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Lakin kinoloji xidmət itlərinin tətbiqi ilə keçirilən yoxlama zamanı avtomobillərdə gömrük orqanlarına bəyan olunmayan 2200 ədəd "Marlboro Edge" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI