Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ümrə ziyarətləri bu tarixdə bərpa olunacaq

23 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Səudiyyə Ərəbistanı höküməti 6 aydır təxirə salınan ümrə ziyarətlərinin oktyabrın 4-dən etibarən mərhələli şəkildə bərpa olunacağını elan edib.

Press.az xəbər verir ki, bu barədə məlumatı Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi yayıb.

Bildirilib ki, oktyabrın 4-dən ölkədaxili ümrə ziyarətləri üçün Məscidül-Həramın tutumunun 30 %-i (gündəlik 6 min nəfər) açılacaq. Oktyabrın 18-dən isə Məscidül-Həram və Məscidül-Nəbidəki Ravzayi Şərifin 75 % tutumla ölkə içindən gələn ziyarətçiləri qəbul edəcək.

Noyabrın 1-dən etibarən isə sadəcə ölkədaxili deyil, həm də xaricdən ümrə və ibadət üçün gələnlər qəbul ediləcək. Bu mərhələdə Məscidül-Həram və Məscidül-Nəbi bütövlükdə ziyarətçilər üçün açılacaq. 

Oxşar xəbərlər
OTACI