logo
First slide

Milli Parkda elektrik cərəyanı ilə balıq ovlayan şəxs saxlanılıb

23 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Parkın ərazisində elektrik cərəyanı ilə balıq ovlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən Qızılağac Milli Parkının əməkdaşları ilə birgə qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti tədbir təşkil olunub.

Keçirilən tədbir zamanı Masallı rayonunun Qızılağac kəndi istiqamətində Milli Parkın kiçik su sahəsində elektrik avadanlıqları ilə qanunsuz olaraq balıq ovlayan Masallı rayon sakini A.Həsənov saxlanılıb. Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, elektrik avadanlıqları və ov zamanı istifadə etdiyi digər alətlər, həmçinin qanunsuz olaraq tutduğu balıqlar aşkar olunaraq götürülüb. A.Həsənovun təbiətə 1023 manat dəyərində maddi ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır

Oxşar xəbərlər
OTACI
OTACI