Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ETSN ətrafa tullantılar atan istixana ilə bağlı qərar verdi

23 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi internet səhifəsinin Eko-Radar bölməsinə Masazır qəsəbəsindəki istixananın yaxınlığındakı gölməçənin ətrafına tullantıların atılması barədə daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

ETSN-dən Press.az-a verilən məlumata görə, araşdırma zamanı ərazidə fəaliyyət göstərən istixanada formalaşan tullantıların ətrafa qeyri-mütəşəkkil atıldığı məlum olub. Nazirliyin əməkdaşlarının nəzarəti altında istixananın işçiləri tərəfindən ərazi tullantılardan təmizlənib.

Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların düzgün idarə olunması məqsədilə istixanaya məcburi göstəriş verilib.

Oxşar xəbərlər
OTACI