Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qubada məktəbli intihar edib

22 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Quba rayonunda intihar hadisəsi baş verib. 

Hadisə Püstəqasım kəndində qeydə alınıb. 

Belə ki, Rustov kənd inzibati ərazi dairəsinin tərkibində olan Hacağalar kənd sakini, 2004-cü il təvəllüdlü Ülvi Rufət oğlu Mustafayev özünü Püstəqasım kənd sakinin Sultan Yəhyayevin evinin həyətyanı sahəsində asıb. 

Məktəbli Püstəqasım kənd sakinləri ilə birlikdə bir müddətdir alma yığmağa gedirmiş. Ancaq bu gün işə getməyərək Sultan Yəhyayevin evində qalıb. Daha sonra onu həmin evin həyətyanı sahəsində tut ağacından asılmış vəziyyətdə görüblər.

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Report

Oxşar xəbərlər
OTACI