logo
First slide

Bakıda yeniyetmə qardaşına görə intihara cəhd etdi

22 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının Xətai Rayon 37-ci Polis Bölməsinin əməkdaşları 15 yaşlı qızın intihara cəhd faktını araşdırırlar.

Bu barədə rayon polis şöbəsindən məlumat daxil olub.

Hadisə sentyabrın 20-si, saat 20:00-da baş verib. 2005-ci il təvəllüdlü N.D. şüşə qırığı ilə qollarındakı venalarını kəsərək intihara cəhd edib. Xoşbəxtlikdən, yeniyetmə sağ qalıb.

Polis qeyd edib ki, ilkin dindirilmə zamanı zərərçəkmiş ifadə verərək, 1995-ci il təvəllüdlü ögey qardaşının daim onu təhqir etdiyini deyib. Bu səbəb onu intihara sövq edib.

Hazırda hadisənin təfərrüatları araşdırılır. Faktla bağlı cinayət işi hələ başlanmayıb.

Oxu.az

Oxşar xəbərlər
OTACI
OTACI