Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda koronavirus aşkar edilməsi səbəbindən 4 sinif distant formaya keçirilib

21 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində koronavirusla bağlı vəziyyətə dair məlumat yayıb.

Nazirlikdən Press.az-a bildirilib ki, Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib. Ötən günlər ərzində şagirdlər arasında məktəbdaxili yoluxma halına rast gəlinməyib. Qeydə alınmış yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib.

Təhsil Nazirliyi bütün şagirdləri, valideynləri, müəllimləri və işçi heyətini sosial məsafəni qorumağa, şəxsi gigiyenik vasitələrdən mütəmadi olaraq istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl etməyə çağırır.

Oxşar xəbərlər
OTACI