Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qarabağda antiterror əməliyyatları - "Mənasız danışıqlar bitdi!"

21 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərbaycan regionda müharibənin başlamasına hər zaman qarşı olub. Lakin Ermənistan tərəfi hər bir yolla bölgədəki vəziyyəti qarışdırmağa, işğal siyasətini davam etdirməyə çalışıb. Ölkə başçısı son çıxışında bu məsələyə xüsusilə toxundu və artıq danışıqlar prosesinin uzanmasının mənasız olduğunu bildirdi”.

Press.az xəbər verir ki, bu sözləri Redaktor.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elşad Mirbəşiroğlu Prezident İlham Əliyevin Azərbaycan televiziyalarına müsahibəsini şərh edərkən deyib.

O bildirib ki, prezidentin səsləndirdiyi fikirlər Qarabağ probleminin həll olunacağına işarə edir:

“İşğalçı Ermənistan bu günə qədər özünü tam cəzasızlıq şəraitində hiss edib və ölkəmizə qarşı təxribat törətməyə davam edib. Bu baxımdan artıq mənasız danışıqlar prosesini uzatmaq lazım deyil.

Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın çox güclü ordusu var və biz ordumuzla düşmənə istənilən an hücum edə, torpaqlarımızda antiterror əməliyyatları həyata keçirə bilərik. Artıq dövr dəyişib, bizim də səbrimiz tükənib.

Bu münaqişənin həll olunması üçün nə lazımdırsa, etməliyik. Buna gücümüz və qüdrətimiz çatır. Hesab edirəm ki, ölkə başçısı tərəfindən qısa zamanda bu istiqamətdə böyük işlər görüləcək”.

Oxşar xəbərlər
OTACI