Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mənzillərin qeydiyyatı üçün bir sıra ünvanlarda sənəd qəbulu keçiriləcək

21 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu sentyabrın 21-də Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllə, Ə.Əliyev küçəsi, 8 ünvanında, sentyabrın 23-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, 4001-4010-cu məhəllə ünvanında, sentyabrın 25-də isə Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 16, 933-cü məhəllə ünvanında keçirəcək.

Press.az xəbər verir ki, bu barədə Xidmətin vətəndaşlara müraciətində bildirilir. 

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 19 ünvanda səyyar qəbul aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

Oxşar xəbərlər
OTACI