Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İki hakimimiz Avroliqa matçına təyinat aldı

20 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev bu mövsüm UEFA-dan ilk təyinatını alıb.

Press.az xəbər verir ki, 33 yaşlı hakimimiz sentyabrın 24-də Rumıniyanın “Styaua” və Çexiyanın “Slovan” (Liberets) komandaları arasındakı Avropa Liqasının III təsnifat mərhələsinin oyununu idarə edəcək.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli yan xətt, Orkhan Məmmədov isə dördüncü hakim qismində yardımçı olacaq.

Qeyd edək ki, Curcu şəhərindəki Marin Anastasoviçi adına stadionda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

***

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev də UEFA-dan təyinat alıb.

Belə ki, Xudiyev Rusiyanın “Rostov” və İsrailin “Makkabi Hayfa” komandaları arasındakı Avropa Liqasının III təsnifat mərhələsinin oyununda iştirak edəcək. O, çexiyalı Petr Ardelyanunun rəhbərlik etdiyi hakimlər briqadasının işinə qiymət verəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI