logo
First slide

Hansı daha ölümcüldür: korona, yoxsa adi qrip? - Virusoloq

20 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İstər ABŞ-da, istərsə də digər ölkələrdə aparılan araşdırmalar koronavirusun mövsümi qripdən daha yüksək ölüm nisbətinə səbəb olduğunu göstərir. Virusun mövsümi qripdən ən az dörd dəfə daha təhlükəli olduğunu müəyyən etmişik. Hər halda, bu virus ciddi qəbul edilməli, lakin həddən artıq dramatikləşdirilməməlidir.

Press.az xəbər verir ki, bunu almaniyalı virusoloq, Bonn Universitetinin professoru, Viroloji İnstitutunun direktoru Hendrik Ştrek deyib.

O bildirib ki, yayılan əsassız məlumatlara baxmayaraq, məhdudiyyət tədbirləri koronavirusun qarşısını almaq üçün ən effektiv variantlardan biridir:

“Karantin dövründə sosial məsafəni qorumaq, gigiyena qaydalarına əməl etmək və tibbi maska taxmağın təsirli olduğunu bilirik. Bunların sayəsində virusun daha geniş yayılmasının qarşısını ala bildik.

Məsafə qoruyaraq və qoruyucu maskalardan istifadə edərək infeksiyanın öldürmə dozasını azaltmış oluruq. Nəticədə hər hansı insan virusa yoluxsa belə, onun orqanizmindəki infeksiyanın gücü o qədər də təsirli olmayacaq”.

Hendrik Ştreka görə, koronavirusa yoluxanların artması onun mövcudluğuna inanmamaqdan irəli gəlir.

Oxşar xəbərlər
OTACI
OTACI