Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Hədəfim Çempionlar Liqasıdır" - "Neftçi"nin yeni transferi

20 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Türkiyənin yeni çempionu "Başakşehir"dən Azərbaycanın ən köklü və ən böyük klublarından olan "Neftçi"yə gəldiyim üçün həqiqətən də çox xoşbəxtəm. Bu klub Türkiyə və dünyada da tanınır. Belə komandada oynamaqdan məmnunam".

Press.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Mert Çelik klub televiziyasına müsahibəsində deyib. 20 yaşlı mərkəz müdafiəçisi "Başakşəhər"dən icarə əsasında "Neftçi"yə keçməsinin səbəbini izah edib: 

"Neftçi" ölkənin ən qədim və köklü klubudur. Burada gənclərə çox böyük önəm verilir. Mənim bu klubu seçməkdə ən böyük səbəbim gənclərə böyük diqqət və qayğının göstərilməsidir. Ona görə də burada olduğum üçün çox xoşbəxtəm".

Çelik "Neftçi"də çempionluq sevinci yaşamaq istədiyini də diqqətə çatdırıb: "İlkin hədəfim budur: Azarkeşlərimizlə və oyunçularımızla birgə bu mövsüm qızıl medal qazanaraq, Çempionlar Liqasında mübarizə aparmaq istəyirik. Burada hamı - istər klub prezidenti, istər idman direktoru, istərsə də baş məşqçimiz məni çox yaxşı qarşıladı. Mən də onları xoşbəxt etmək üçün nəyə qadir olduğumu meydanda göstərəcəyəm. Bundan heç bir şübhə etməsinlər".

Qeyd edək ki, müqavilə ilə Türkiyənin "Başakşəhər” klubuna məxsus olan Mert Çelik Azərbaycanın U-21 millisinin üzvüdür.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI