Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əməkdar artist, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü əməliyyat olundu - ÖZƏL

20 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əməkdar artist, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü Milli Onkologiya Mərkəzində əməliyyat olunub

Bu barədə Press.az -a G. Şükürlünün ailə üzvlərindən məlumat verilib.

Bildirilib ki, əməliyyat uğurlu keçib və hazırda əməkdar artistin vəziyyəti qənaətbəxşdir.

Azərbaycan Respublikasınin Tanınmış qarmon ifacisi, əməkdar artist Gülbahar Şükürlü aparılan tam təmənnasız müalicəyə, göstərilən diqqət və qayğıya göre başda Milli Onkologiya Mərkəzinin Direktoru Akademik Cəmil Əliyev olmaqla, baş həkim Azad Kərimli, baş həkimin müavini Fərəh Sadıqova, onun əməliyyatını həyata keçirən Neyrocerrahlar Rasim Babayev, Emil Vəliyevə və həmçinin əməyi kecen butun tibb kollektivinə dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, əməkdar artist G. Şükürlünün başında onkoloji şiş aşkarlanmışdı və o maddi vəziyyətinin aşağı olması ilə əlaqədar əməliyyatdan imtina etmişdi.

Oxşar xəbərlər
OTACI