Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr - SİYAHI

20 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.

Press.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, rəsmi rəqəmlərə əsasən ən çox yoluxma 55,9 faizlə Bakının payına düşür. 

Sonrakı yerlərdə 15,4 faizlə Abşeron, 10,5 faizlə Aran, 6,4 faizlə Gəncə-Qazax, 4,3 fazilə Lənkəran, 2,1 faizlə Quba-Xaçmaz, 1,8 faizi Şəki-Zaqatala, 1,6 faizlə Dağlıq Şirvan, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb.

Ən az yoluxma 0,4 faizlə Naxçıvan Muxtar Respublikasındadır.

Bakı şəhərində ən çox yoluxma halları üzrə statistika da məlum olub. Paytaxt üzrə ən çox yoluxma faktı qeydə alınan ərazi 14,2 faizlə Binəqədi rayonudur. Ən az yoluxma isə 0,3 faizlə Pirallahı rayonunun payına düşür.

Oxşar xəbərlər
OTACI