Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda 37 yaşlı kişini tanımadığı qadına görə küçədə döydülər - Video

20 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda tanımadığı şəxslər 37 yaşlı kişini küçədə hər  kəsin gözü önündə döyüb.

Press.az xəbər verir ki, bu barədə zərərçəkmiş şəxsin qardaşı Rafiq Nağıyev Unikal.org-a məlumat verib. O, qeyd edib ki, hadisə Sabunçu  rayonu, Bakıxanov qəsəbəsində baş verib:

“19.09.2020-ci il tarixdə 2 nəfər tanımadığı şəxs qardaşım 1983-cü il təvəllüdlü Rəfail Nağıyevin Məhəmməd Həsən Hacınski küçəsi 37 ünvanında yerləşən evinə gələrək öncə "bura filankəsgilin evidir?" deyə soruşub, qardaşım isə "xeyir, burada elə bir adam yaşamır" deyib.Sonra həmin şəxslər "qaqaş onda bir dəqiqə səni çölə olar?" deyərək, qardaşımı yaşadığı binanın həyətinə çağırıblar.Həyətə düşəndə, blokun qarşısında qardaşıma kağız göstərərək, "sən belə qudurmusan camaatın arvadına məktub yazırsan?" deyə soruşublar. Qardaşım isə "nə məktub?, siz nə danışırsız?, aydınlaşdırmısız? " deyə soruşanda, hər iki şəxs vəhşicəsinə ona ağır bədən xəsarətləri yetirib. Bunları aralamaq istəyən ətrafdakı şəxslərə isə nalayiq sözlərlə "bu namus məsələsidir, siz qarışmayın deyərək" uzaqlaşdırıblar.

Videodan da göründüyü kimi qardaşım çox sayılı kəllə-beyin və bədən travmaları alıb, vəziyyəti orta-ağırdır. Hadisənin başvermə anı və həmin iki xuliqanın avtomobilə minib hadisə yerindən qaçmaqları ərazidə olan təhlükəsizlik kamerasına düşüb. Onların sosial hesabları tapılıb, əlimizdə hər bir məlumat var, ancaq biz 102 xidmətinə məlumat vermişik. Sabunçu RPİ-nin 13-cü Polis böləsinə şikayət ərizəsi ilə müraciət etmişik, hadisə araşdırılır. İnanırıq ki, həmin şəxslər tapılaraq, öz əməllərinə görə məsuliyyətə cəlb olunacaqlar.”

 

Oxşar xəbərlər
OTACI