Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Torqovaya”da çoxmərtəbəli binanın damı uçdu - VİDEO

19 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının “Torqovaya” adlanan ərazisində 10 mərtəbəli binanın damının bir hissəsi dağılıb. 

Press.az xəbər verir ki, bununla bağlı bina sakinləri Oxu.Az-a görüntülər və məlumat göndərib. 

Bildirilib ki, damın bir hissəsinin uçması nəticəsində bir neçə mənzilə ziyan dəyib:

“Mərtəbələr arası döşəmə və örtüklər taxdadandır. İndi havanın rəhminə qalmışıq. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə yazılı müraciət etmişik. Konkret cavab ala bilməmişik”.

Sakinlər qarşıdan payız mövsümünün gəldiyini və yağışların yağacağını, nəticədə digər mənzillərə də ziyan dəyəcəyini bildiriblər.

Oxşar xəbərlər
OTACI