Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda dəhşətli hadisə: Qadın özünü 8-ci mərtəbədən atdı - VİDEO

19 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda ahıl qadın intihar edib.

Press.az "Report"a istinadən xəbər verir ki, hadisə dünən günorta saatlarında Bakının Xətai rayonunda qeydə alınıb.

Rayonun Sarayevo küçəsində yaşayan 65-70 yaşlarında qadın özünü yaşadığı binanın səkkizinci mərtəbəsindən ataraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, meyit ərazidən götürülərək müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anotomiya birliyinin Xətai rayon şöbəsinə təhvil verilib.

Hadisə şahidlərinin sözlərinə görə, intihar edən qadın həmin mənzildə yaşlı həyat yoldaşı ilə birgə yaşayırmış. Onun hansı səbəbdən özünü binadan atması bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı görüntüləri təqdim edirik.

Oxşar xəbərlər
OTACI