Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Akademik Musiqili Teatr 111-ci mövsümünü "Ər və arvad" tamaşası ilə açdı

19 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyanı cənginə alan koronavirus səbəbindən Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da yeni mövsümünə fərqli başladı.

Press.az xəbər verir ki, tamaşaçıların adət etdiyi teatr mövsümünün açılış mərasimi bu dəfə vəziyyətə uyğun olaraq virtual məkanda baş tutdu.

Əvvəlcə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev teatrsevərlərə videomüraciət edərək, onları teatrın 111-ci mövsümün başlanması, eyni zamanda Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə təbrik etdi. Daha sonra o, sosial şəbəkə izləyicilərini "Üzeyir Hacıbəyli həftəsi" çərçivəsində dahi bəstəkarın ölməz əsərlərindən biri — "Ər və arvad" operettasına baxmağa dəvət etdi.

 

Vurğulayaq ki, teatr böyük Üzeyir bəyin yubileyi münasibətilə sentyabrın 19-da "O olmasın, bu olsun", 20-də isə "Arşın mal alan" əsərlərini təqdim edəcək. Həmin tamaşalar da saat 19:00-da teatrın rəsmi "Facebook" səhifəsində onlayn nümayiş olunacaq.

BURADAN SƏHİFƏYƏ DAXİL OLA BİLƏRSİNİZ

Oxşar xəbərlər
OTACI