Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Klublararası dünya çempionatı bu il keçirilməyə bilər

19 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Klublararası dünya çempionatı-2020 böyük ehtimalla bu ilin dekabrı keçirilməyəcək.

Press.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino məlumat verib. Onun sözlərinə görə, bəzi konfederasiyalar Çempionlar Liqası matçlarını  dekabradək bitirməyəcəklər: "Ona görə də klublararası dünya çempionatının planlaşdırıldığı kimi, dekabrda təşkili ehtimalı azdır. Ancaq variantları müzakirə edirik. Ola bilsin, bu yarış 2021-ci ilin əvvəlində keçirilsin. Turniri davam etdirmək istəyirik. Bütün konfederasiya və klublarla məsləhətləşəcəyik. Bundan sonra futbol üçün ən yaxşı qərarı verəcəyik".

Qeyd edək ki, klublararası dünya çempionatı 6 qitə konfederasiyasının ən güclü klublarının və təşkilatçı ölkənin ən yaxşı komandasının iştirakı ilə keçirilir. Bundan əvvəl 2020-ci ilin dekabrında Qətərdə keçirilməsi planlaşdırılan turnirin hazırda cəmi iki iştirakçısı məlumdur: Çempionlar Liqasının qalibi "Bavariya" və turnirin ev sahibi Qətər çempionu "Əl-Duhail".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI