Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

COVID-19 mövsümi xəstəliyə çevrilə bilər

18 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus insan populyasiyasına uyğunlaşmağı bacarıb, bu səbəbdən mövsümi infeksiyaya çevrilə bilər.

“RİA Novosti”nin məlumatına görə, bu barədə “Rospotrebnadzor”un (Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, dünyada COVID-19-dan ölüm nisbəti 7,2 faizdən 3,2 faizə qədər azalıb:

“Ölüm səviyyəsinin qlobal miqyasda azalması, yalnız müalicə üsullarındakı irəliləyişi deyil, həm də virulent xüsusiyyətlərin mümkün zəifləməsini də əks etdirə bilər”.

Mütəxəssislərin fikrincə, bu proses virusun insanlara uyğunlaşmasının davam edəcəyini göstərir. Bu da yeni tip koronovirusun mövsümi KRVİ patogenlərinin strukturuna inteqrasiyasına səbəb ola bilər.

Oxşar xəbərlər
OTACI