Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanın mövqeyi yenə dəyişdi - UEFA reytinqi

18 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin oyunlarından sonra UEFA-nın reytinq cədvəlində müəyyən dəyişikliklər olub.

Press.az xəbər verir ki, Azərbaycan UEFA-nın əmsallar cədvəlində yenidən bir pillə geriləyib. "Neftçi" Bakıda "Qalatasaray"a 1:3 hesabı ilə uduzduğu üçün ölkəmizin aktivinə cəmi 0,125 xal əlavə olunub.

"Styaua" Serbiyada "Baçka Topola" ilə görüşün əlavə vaxtında 6:6 hesablı heç-heçə etməklə, Rumıniyaya daha 0.250 xal qazandırıb. Bununla da xalını 16.325-ə çatdıran Rumıniya 25-ci pilləyə yüksəlib. 16.250 xala malik Azərbaycan isə 26-cı yerə enib.

Qeyd edək ki, hazırda Rumıniyanın 2 ("Styaua" və ÇFR), Azərbaycanın 1 ("Qarabağ") təmsilçisi avrokuboklarda mübarizəni davam etdirir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI