Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Üzeyir Musiqi Günü” adlı videoçarx sosial şəbəkələrə təqdim edilir

18 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hər il sentyabrın 18-i Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bununla əlaqədar, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Üzeyir Musiqi Günü” adlı videoçarxı virtual izləyicilərə təqdim edir.

Press.az-ın məlumatına görə, videoçarx Azərbaycan bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi olan Üzeyir Hacıbəylinin 135 illiyinə həsr edilir.

Videoçarxda müsəlman şərqində ilk operanın müəllifi olan Üzeyir Hacıbəylinin publisistikası, musiqili komediyaları, mükafatları, filmoqrafiyası, haqqında çəkilən filmlər və haqqında ümümi məlumat nümayiş edilir.

Videoçarxda həmçinin musiqisi Üzeyir Hacıbəyliyə aid mahnılar verilir və “Sənsiz” romansı, “Arazbarı”, “Aşıqsayağı”, “Arşın mal alan”(operetta) haqqında məlumatlar da əks olunur.

“Üzeyir Musiqi Günü” adlı videoçarxda dahi bəstəkarın çıxışından qısa fraqment də göstərilir.

Videoçarxda ictimai xadim Üzeyir Hacıbəylinin mükafatlarından olan orden və medallarının, bununla yanaşı Partitura “Ləzginka”, “Arşın mal alan” (1917) əl yazmalarının fotoları da təqdim edilir.

Görüntülər sırasında Üzeyir Hacıbəylinin ailəsi ilə birgə Şuşada çəkdirdiyi fotolarda yer alır.

Videoçarxın sonunda milli operanın banisi Üzeyir Hacıbəylinin dəfni ilə bağlı kiçik videolent nümayiş olunur.

İnformasiya-resurs şöbəsinin sistem inzibatçısı Gülnar Allahverdiyeva tərəfindən bu əlamətdar gün və bəstəkar haqqında ümumi məlumat səsli olaraq verilir.

Videoçarx musiqisi bəstəkar Üzeyir Hacıbəyliyə aid olan “Arazbarı” və “Sənsiz” romansı ilə müşayiət edilir.

Üzeyir Hacıbəylinin 135 illiyi və “Milli Musiqi Günü” ilə bağlı olan videoçarx YouTube kanalında yerləşdirilib:

Oxşar xəbərlər
OTACI