Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əqil Mehdiyevin 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM

18 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 17-də Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Press.az-ın NUHÇIXAN İnformasiya Agentliyinə istinadən məlumatına görə, Sərəncamda deyilir:

"2020-ci ildə tanınmış həkim və ictimai xadim Əqil Səftər oğlu Mehdiyevin anadan olmasının 100 illiyi tamam olur.

Ömrünün 50 ildən çoxunu səhiyyə təşkilatçısı və həkim kimi muxtar respublika səhiyyəsinin inkişafına həsr edən Əqil Mehdiyev Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri vəzifəsində səmərəli fəaliyyət göstərmişdir. Əqil Mehdiyev muxtar respublikanın ictimai və sosial həyatında da yaxından iştirak etmiş, birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri olmuşdur. Əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Əqil Mehdiyev Azərbaycan Respublikasının “Əməkdar həkimi” fəxri adına layiq görülmüş, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, tanınmış həkim və ictimai xadim Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Əqil Mehdiyevin 100 illik yubileyi Naxçıvan Muxtar Respublikasında qeyd edilsin.

2. “Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin".

Oxşar xəbərlər
OTACI