Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“WhatsApp”da nasazlıq yaranıb

17 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“WhatsApp” mesencerinin beta versiyasında dünya boyu nasazlıq ortaya çıxıb.

Press.az “NewsBytes”a istinadən xəbər verir ki, toplu çatlardan istifadəçilər yox olmağa başlayıb.

Bəzi istifadəçilər “Twitter”dən bildirirlər ki, başqa istifadəçi hər hansı ismarıc göndərəndə onlar çatda yenidən görünməyə başlayıb.

Bununla yanaşı, Hindistandan bir istifadəçi “WhatsApp” vasitəsilə şəkil çəkə bilmədiyini açıqlayıb.

Sözügedən çətinliklərlə yalnız v2.20.200.7 və v2.20.200.8 versiyalarını işlədən “Android” istifadəçilərinin üzləşdiyi bildirilir. Belə ki, daha köhnə versiyanı yükləməklə bu nasazlıqdan qurtulmaq mümkündür.

“WhatsApp”dan məsələyə dair fikir bildirməyiblər.

Oxşar xəbərlər
OTACI