Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şabranda piyadanı vuraraq qaçan sürücü tutuldu

17 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sentyabrın 15-i saat 21 radələrində Şabran rayonunun Ağbaş kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən 40-45 yaşlı kişi vurulub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Xaçmaz rayon sakini Etibar Kərimov olması müəyyən edilib.

Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan “Mercedes” markalı avtomobilin sürücüsü Ağdam rayon sakini K.İsgəndərov saxlanılıb.

Oxşar xəbərlər
OTACI