Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan tarı və tar ifaçılıq sənəti YUNESKO-da

17 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan Azərbaycanın inciləri haqqında informasiya məktublarının hazırlanması işinə başlamışdır.

Press.az xəbər verir ki, ilk informasiya məktubu YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş Azərbaycan tarı və onun ifaçılıq sənətinə həsr olunub.

Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə tanınması işində Azərbaycanın Birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür.

İnformasiya məktubunda tar sözünün mənası, tarın tarixi, Azərbaycan musiqisinin inkişafında tarın rolu və yeri, dahi Üzeyir Hacıbəylinin tar haqqında fikirləri, tar ifaçıları və s. haqqında məlumatlar verilir.

Yasamal rayon MKS-i mütəmadi olaraq YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan mədəni incilər haqqında məlumatlar verəcək.

Informasiya məktubu aşağıdakı linkdə yerləşdirilib:

Oxşar xəbərlər
OTACI