Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dövlət Akademik Musiqili Teatrı 111-ci mövsümünü (onlayn) açıq elan edəcək

17 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sentyabr ayının 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 111-ci mövsümünü (onlayn) açıq elan edəcək.

Press.az xəbər verir ki, həmin gün Milli Musiqi Günümüz və Üzeyir Hacıbəylinin 135 illiyi münasibətilə dahi bəstəkarın ölməz əsərlərindən olan "Ər və arvad" musiqili komediyası saat 19:00-da sosial şəbəkə izləyicilərinin ixtiyarına veriləcək.

Sentyabrın 19-da "O olmasın, bu olsun", 20-də "Arşın mal alan" səhnə əsərləri də eyni saatda onlayn nümayiş olunacaq.

Xatırladaq ki, müvəqqəti də olsa, hələ ki bu üsülla layihələrimizi davam etdirəcəyik.

Teatrdan ötrü çox darıxdığınızı bilirik. Ümidvarıq ki, hamımızın gözlədiyimiz gün uzaqda deyil.

Oxşar xəbərlər
OTACI