logo
First slide

BMT Baş Katibi: “Koronavirus epidemiyası nəzarətdən cıxıb”

17 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Koronavirus epidemiyası nəzarətdən çıxıb. COVID-19 pandemiyasının yaratdığı böhran həyatımızdakı digər böhranlardan tam fərqlidir. Bu baxımdan Baş Assambleyanın bu il keçiriləcək iclası digər toplantılardan fərqli olacaq”.

Bunu BMT-nin Baş Katibi Antonio Quterres sentyabrın 16-da keçirdiyi mətbuat konfransında bildirib. 

O bildirib ki, tezliklə bəşəriyyətdə koronavirusdan ölən insanların sayı 1 milyonu keçəcək: “Koronavirus müasir dünyada sağlamlığımız üçün bir nömrəli təhlükədir. Yalnız COVID-19-a qarşı vaksin pandemiyanın yaratdığı böhranı aradan qaldırmayacaq”.

Baş katibin sözlərinə görə, çoxları ümidini vaksinə bağlasa da, hazırda pandemiyanın qarşısını alacaq, gözləntiləri doğruldacaq vaksin əldə edilməyib. 

Antonio Quterres yaxın 12 ay ərzində müalicəyə kömək edəcək, infeksiyanın yayılmasının qarşısını ala biləcək vasitələrdən istifadənin əhəmiyyətli dərəcədə vacib olduğunu vurğulayıb.

COVID-19-un sərhəd tanımadığını qeyd edən Baş Katib diqqətə çatdırıb ki, bu gün hər kəs üçün əlçatan bir vaksinə ehtiyacımız var. 

 

Oxşar xəbərlər
OTACI
OTACI