Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı - Yenilənib

16 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan çempionu “Qarabağ” bu gün futbol üzrə UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb.

Press.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində “Molde” ilə qarşılaşıb.

Norveç çempionu ilə qarşılaşma Kiprdə baş tutub. Tək oyundan ibarət mərhələnin dueli azarkeşsiz keçirilib.

Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Bu üzdən də əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxt zamanı Norveç təmsilçisi penalti vurmaq hüququ qazansa da, Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev komandasını qoldan xilas etməyi bacarıb. Beləcə, əlavə yarım saatda da qapılara qol vurulmayıb. Yekunda qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Molde” növbəti mərhələyə yüksəlib.

Bu cütün qalibi pley-offda “Ferentsvaroş” (Macarıstan) – “Dinamo” (Xorvatiya) matçında qələbə qazanan komanda ilə üz-üzə gələcəkdi. “Molde” digər oyunda qələbə qazanmış “Ferentsvaroş”a rəqib olub. Məğlub olan “Qarabağ” isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək.

UEFA Çempionlar Liqası

3-cü təsnifat mərhələsi

16 sentyabr

Qarabağ – Molde 0:0 (penaltilər 5:6)

Matçın 102-ci dəqiqəsində “Molde”nin futbolçusu E.Hussayn penaltidən yararlana bilməyib (qapıçı).

Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixayloviç, Novak Simoviç (hamısı Serbiya)

Kipr, Larnaka. “AEK Arena”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI