Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda deputat sərt karantin rejiminə qarşı çıxdı

16 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstanda koronavirusa yoluxanların sayı artmaqdadır. Bu gün qonşu ölkədə 196 yeni yoluxma faktı qeydə alınıb. Qonşu dövlətlərdə koronavirusa yoluxma sayının artmasına baxmayaraq, Azərbaycan üçün sərt karantin qaydalarının yenidən tətbiqi arzuolunan deyil.

Bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. 

Onun sözlərinə görə, artıq iqtisadiyyatda mərhələli açılım həyata keçirilir və qısa zamanda bunun aktivliyə təsirləri də müşahidə olunur:

"Xüsusən də regionlarda turizm sektorunda xüsusi canlanma müşahidə edilməkdədir. Bu baxımdan, növbəti mərhələdə də yeni standartlar tətbiq etməklə iqtisadi açılımın davam etdirilməsi məqsədəuyğun olardı.

Pandemiyanın nə zaman başa çatacağı ilə bağlı proqnozlar nikbin olmadığı üçün iqtisadiyyatın yeni şərtlərə uyğunlaşdırılması daha arzuolunandır. Bu kontekstdən işləməsinə hələlik icazə verilməyən sahibkarlq fəaliyyətlərinin də bərpası üçün yeni standartların hazırlanması və tətbiqi vacibdir".

Baku.ws

Oxşar xəbərlər
OTACI