logo
First slide

D. Tramp: "Əsədin öldürülməsini əmr etmək istədim!"

16 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ prezidenti Donald Tramp canlı yayımda "Tramp, 2017-ci ildə kimyəvi silah hücumundan sonra Suriyada Bəşər Əsədin öldürülməsini əmr etmək istədi" iddialarına, "Mən onu öldürməyi üstün tutardım. Lakin həmin vaxtların müdafiə naziri Mattis buna qarşı çıxdı."- deyə cavab verib.

Press.az xarici mətbuata istinadən xəbər verir ki, Donald Tramp bu sözləri "Fox" televiziyasında yayımlanan "Fox and Friends" proqramında iştirak edərkən səsləndirib.

Jurnalist Bob Woodwardın yeni nəşr olunan kitabında özü haqqında iddialarına toxunan Tramp, "Woodward'ın kitabını dünən axşam oxumaq fürsəti tapdım və həqiqətən darıxdırıcı kitablar yazır" deyə bildirib.

Tramp kitabda "Tramp 2017-ci ildə kimyəvi silah hücumundan sonra Əsədin öldürülməsini əmr etmək istədi." -sözlərinə,  "Onu öldürməyi üstün tutardım. Ancaq o zaman Müdafiə naziri Mattis buna qarşı çıxdı. O (Mattis) həddən artıq dəyərli bir general idi" -deyə qeyd edib.

Bunlardan başqa, Tramp, İranın "Qasım Süleymaninin qisası üçün bəzi ABŞ səlahiyyətlilərinə sui-qəsd planı hazırladığı" iddialarına isə,  "İran bizə qarşı bir şey etsə, 1000 qat əvəzi ödəniləcək" -deyə cavab verib.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrailin Ağ Evdə əlaqələri normallaşdırmaq barədə razılığını xatırladan Tramp, "Fələstinlilər sonda İsrail ilə müqavilə imzalayan ölkələrə qoşulacaqlar. İzləyin və baxın. Digər ölkələr tezliklə İsrail ilə razılaşacaqlar" -deyə bildirib.

ABŞ-ın F-35-i BƏƏ-yə satıb satmayacağı ilə bağlı isə, Tramp "F-35-i BƏƏ-yə satmağımızda problemimiz yoxdur" -deyə qeyd edib.

Oxşar xəbərlər
OTACI
OTACI