Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hacı Əliyev: “Olimpiya çempionu olsam, Polad Həşimova həsr edəcəyəm”

15 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Pandemiya çox insana, eləcə də idmançılarımıza mənfi təsir etdi. Lisenziya xarakterli yarışlara, Tokio Yay Olimpiya Oyunlarına hazırlaşırdıq”.

Press.az-ın məlumatna görə, bu fikirləri Azərbaycanın sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev Gənclər və İdman Nazirliyinin rəsmi “Facebook” səhifəsində canlı yayım zamanı deyib.

29 yaşlı idmançı bildirib ki, sonuncu dəfə millinin heyətində Dağıstan Respublikasının paytaxtı Mahaçqalada təlim-məşq toplanışında olublar: “Oradan birbaşa lisenziya yarışına yollanmalı idik. Amma  3-4 gün qalmış dedilər ki, turnir təxirə salındı. Ona görə bizim üçün çətin oldu. Bununla da sanki əziyyətimiz yerə vuruldu”.

Əliyev gələn il keçiriləcək Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazanacağı təqdirdə, bunu Tovuz döyüşlərində şəhid olmuş general-mayor Polad Həşimova həsr edəcəyini deyib: “Onun adı gələndə tüklərim biz-biz oldu. Bu, hamımızın acılı yeridir. Olimpiya çempionu olsam, bunu Polad Həşimov başda olmaqla, bütün şəhidlərimizə həsr edəcəyəm”.

Titullu güləşçi 2019-cu ildə Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında rusiyalı Hacımurad Rəşidova uduzduğu qalmaqallı görüşü xatırlayıb. Əliyev yarışda ona qarşı ədalətsizlik edildiyini vurğulayıb: “Xalçadakı hakimlərin 3-ü də mənə xal vermişdi. Daha sonra təkrarlara baxdıqda yuxarıda oturanlar haqsızlıq etdilər və məni qırmızı vərəqə ilə cəzalandırdılar. Sonra isə vərəqəni ləğv etdilər. Məncə, haqsızlığı gördülər və ona görə qərarı dəyişdirdilər. Bu, idmandır. Hər şeyə hazır olmaq lazımdır. Həmin hadisədən sonra daha motivasiyalı olmuşam. Qələbə üçün alışıb-yanıram”.

Əliyev karyerasını olimpiya çempionu olduqdan sonra bitirəcəyini də diqqətə çatdırıb: "Hazırda elə bir yaş dövründəyəm ki, yorulduğumu, çatdıra bilmədiyimi düşünmürəm. Mənə elə gəlir ki, daha 3-4 il güləşməyi bacararam. Amma olimpiya çempionluğundan sonra qərar verə bilərəm. İndi nə isə demək çətindir, hər şey ola bilər. Elə bir zədə ala bilərəm ki, olimpiadadan əvvəl də karyeramı bitirməli olum".

O, Tokio olimpiadasının gələn ilə təxirə salınması qərarına da münasibət bildirib: “Mənim üçün o qədər də önəmli deyil. Elə bir yaşdayam ki, 1-2 il də gözləyə bilərəm. Bəzi idmançılarımız var ki, yaş məsələsi onlar üçün problemdir. Olimpiadanı həvəslə gözləyirdim. Bu medalı istəyirəmsə, eyni qaydada hazırlaşmalı, həvəsdən düşməməliyəm”.

Tanınmış güləşçi həmçinin diqqətə çatdırıb ki, gələcəkdə oğlan övladı olarsa, onu özü ilə güləş zalına aparacaq: “Oğlumu əsl kişi kimi böyütməliyəm. Amma güləşlə məşğul olmağa məcbur etməyəcəyəm. Özündə həvəs olsa, köməklik edəcəyəm”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI