logo
First slide

Özünü Bakıya, oğlunu Qarabağa fəda edən türk əsgəri - VİDEO

15 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mingəçevirdə bir tərəfdə Azərbaycan, digər tərəfdə Türkiyə bayrağı dalğalanan ev hər kəsin diqqətini çəkir. Hazırda mənzildə 102 il əvvəl ölkəmizə gəlmiş Nuru Paşanın əsgərlərindən olan Abdulla Şamxalovun övladları yaşayır. 

Press.az xəbər verir ki, Baku Tv mövzu ilə bağlı maraqlı reportaj hazırlayıb. 

Mingəçevirdə bayraqlarla bəzədilən evi, səfirliyə, türk şirkətinə bənzədənlər az deyil. Əslində, bu evdə 1918-ci ildə Nuru Paşanın qoşunu ilə ölkəmizə gəlib Bakının azad olunmasında iştirak edən Abdulla Şamxalovun ailə üzvləri yaşayır. 

Abdulla Şamxalov 34 il əvvəl dünyasını dəyişib, onun ölkəmiz üçün xidmətləri unudulmur. Türk əsgərinin beş övladı var. Onlardan böyük oğul - Məhərrəm Şamxalov atası ilə qürur duyur. Hətta özündən kiçik qardaşının Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olduğunu da bildirib. 

Mingəçevirdə hərkəsin diqqətini çəkən evə gəldikdə isə, Məhərrəm Şamxalov atasının əziz xatirəsini yad etmək məqsədilə evi Azərbaycan və Türkiyə bayraqları ilə bəzədiklərini deyir. Ən maraqlı məqam isə odur ki, evi bəy-gəlin, hərbi xidmətə gedənlər daha çox ziyarət edib, fotolar çəkdirirlər. 

Nuru Paşanın qoşununda döyüşüb Mingəçevirdə qalanlardan biri də Vəli Əliyev olub. Türkiyənin böyük şəhərlərindən olan İstanbulda doğulan türk əsgər 1979-cu ildə vəfat edib. 

Qeyd edək ki, hər iki türk döyüşçünün məzarı Mingəçevirdə yerləşən “Əli” qəbiristanlığındadır.

Oxşar xəbərlər
OTACI
OTACI