Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Velosipedçimiz Türkiyədə 3-cü oldu

15 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın şose velosipedi üzrə Elit yığma komandasının üzvü, gələn il Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək Elçin Əsədov Türkiyədə keçirilən 1.2 kateqoriyalı “Grand Prix Velo Erciyes” yarışında uğurla çıxış edib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, "Bahrain Cycling Academy" kontinental komandasının heyətində mübarizə aparan Elçin birgünlük yarışda 3-cü nəticə göstərib. Velosipedçimiz 176 km məsafəni 4 saat, 11 dəqiqə, 26 saniyəyə başa vurmaqla reytinqinə 25 xal da əlavə edib.

Baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında bu yarışda iştirak edən Azərbaycan yığma komandasının digər üzvlərindən ən yaxşı nəticəyə Samir Cəbrayılov imza atıb – o 78 velosipedçi arasında 18-ci olub.

Trend

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI