Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakının işğaldan azad olunmasının ildönümü münasibətilə aksiya keçirilib

15 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 102-ci ildönümü ilə bağlı paytaxtda həmrəylik aksiyası keçirilib.

Press.az xəbər verir ki, aksiya Şəhidlər Xiyabanı və Türk Şəhidliyinin qarşısında olub.

İştirakçılar aksiyada “Yaşasın İlham Əliyev”, “Yaşasın Ərdoğan”, “Qarabağ” şüarları səsləndiriblər.

Bundan əlavə, iştirakçılar Azərbaycan və Türkiyə ordularına dəstəklərini ifadə edən şüarlar səsləndiriblər.

Daha sonra aksiya iştirakçıları 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olan türk şəhidlərinin xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə əklil qoyublar.

Oxşar xəbərlər
OTACI