Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda sərnişin avtobusu yandı

15 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün səhər saat 06:10 radələrində avtobus yanıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Bakıda 88 A nömrəli müntəzəm marşrut xətti üzrə 99 JH 038 Dövlət Qeydiyyat Nişanlı avtobusda yanğın hadisəsi olub.

Hadisə avtobus başlanğıc dayanacaq məntəqəsindən depoya qayıdan zaman baş verib. Belə ki, avtobusda texniki nasazlıq hiss edən sürücü depoya qayıtmaq istəyib. Avtobus boş olub və xəsarət alan olmayıb.

Yanğının səbəbləri araşdırılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Mütəxəssislərin fikrincə, son 15 gündə BakuBus-un sayca ikinci avtobusunda yanğın hadisəsinin olması avtobusların iki aydan artıqdır ki, fasiləsiz istismarı ilə əlaqədardır. Onların sözlərinə görə metronun işləmədiyi 72 gün ərzində BakuBus MMC-nin depolarındakı avtobuslar tam sayda daşımalara cəlb olunub. Yəni qarajlarda ehtiyyat avtobus saxlanılmırdı çünki yüksək sərnişin tələbatını qarşılamaq lazım idi. Bu isə öz növbəsində avtobusların dövrü təmir işlərinin icrasına təsir edir.

Oxşar xəbərlər
OTACI